...

Ərdoğan: Suriya Türkiyənin səbrini sınağa çəkməməlidir

Siyasət Materials 13 Noyabr 2012 16:05 (UTC +04:00)
Türkiyə öz sərhədlərinin Suriya ordusu tərəfindən pozulacağı halda, Dəməşqə qarşı qətiyyətli tədbirlər görəcək.
Ərdoğan: Suriya Türkiyənin səbrini sınağa çəkməməlidir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə öz sərhədlərinin Suriya ordusu tərəfindən pozulacağı halda, Dəməşqə qarşı qətiyyətli tədbirlər görəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan qeyd edib ki, Suriya ordusu tərəfindən Türkiyə sərhədləri pozularsa, Ankara çox sərt şəkildə cavab verəcək. Buna görə də daha yaxşı olar ki, Dəməşq Türkiyənin səbrini sınağa çəkməsin.

Suriya Hərbi Hava Qüvvələri silahlı müxalifət dəstələrinin yerləşdiyi Türkiyə ilə sərhəd rayonları artıq ikinci gündür ardıcıl olaraq bombalayır. Nəticədə praktiki olaraq hər gün Suriyadan Türkiyə ərazisinə artilleriya mərmiləri düşür, Türkiyə ordusu isə cavab atəşi verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti