Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.
Görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulandı, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirildi, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.