...

İranın eks-prezidenti həbsdə olan övladları ilə görüşüb

Siyasət Materials 21 Noyabr 2012 17:06 (UTC +04:00)
İranın sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncani həbsdə olan övladları, hazırda "Evin" həbsxanasında olan oğlu Mehdi Haşimi Rəfsəncani və qızı Faizə Rəfsəncani ilə görüşüb.
İranın eks-prezidenti həbsdə olan övladları ilə görüşüb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İranın sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncani həbsdə olan övladları, hazırda "Evin" həbsxanasında olan oğlu Mehdi Haşimi Rəfsəncani və qızı Faizə Rəfsəncani ilə görüşüb. Bu barədə Trend ILNA agentliyinə istinadən məlumat verir.

Rəfsəncani ailəsinin vəkili Mahmud Əlizadə Təbatəbayi bəyan edib ki, keçmiş prezident öz övladlarına ailənin başqa üzvləri olmadan baş çəkib.

Qeyd edək ki, Mehdi Haşimi sentyabrda Böyük Britaniyadan Tehrana gələrkən həbs edilib. O, Böyük Britaniyada üç il yaşadıqdan sonra Tehrana qayıdıb, həbs olunduqdan sonra "Evin" həbsxanasına gətirilib. Dövlətə qarşı təbliğat aparmaqda və korrupsiya ittihamı ilə həbs olunan Mehdi də atası və bacısı kimi İran Prezidenti Mahmud Əhmədinejadın qatı əleyhdarlarındandır və onun yenidən prezident seçildiyi 2009-cu il seçkilərinin nəticələrini tanımır.

Faizə Rəfsəncaniyə 2011-ci ilin yanvar ayında analoji ittihamla altı ay həbs cəzası kəsilsə də, qərar bu ilin sentyabr ayından qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti