...

İran "D-8" ölkələrinə ticarətin inkişafı üçün barter sisteminin təşkilini təklif edir

Siyasət Materials 23 Noyabr 2012 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İran Prezidenti Mahmud Əhmədinejad "D-8" ("İslam səkkizliyi") ölkələrinə dünyada iqtisadi böhranın öhdəsindən gəlmək cəhdlərində və ticarətin inkişafı üçün barter sisteminin təşkilini təklif edib. Bu barədə Trend cümə günü "Mehr News" agentliyinə istinadən məlumat verir.

O, həmçinin birgə investisiya fondu yaratmağa və "səkkizlik" ölkələrinin özəl sektorları arasında iqtisadi əlaqələri genişləndirməyə çağırıb.

Əhmədinejad qeyd edib ki, "D-8" ölkələri arasında güzəştli ticarət sazişi mümkün qədər tez işə düşməlidir.

Qeyd edək ki, "D-8" ölkələrinə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti