...

İranda prezident seçkilərində Mərkəzi Müşahidə Şurasının üzvləri açıqlanıb

Siyasət Materials 3 Dekabr 2012 17:14 (UTC +04:00)
2013-cü ildə İranda keçiriləcək prezident seçkilərində Mərkəzi Müşahidə Şurasının (MMŞ) üzvləri açıqlanıb. Şura qarşıdakı seçkilərin monitorinqini həyata keçirəcək.
İranda prezident seçkilərində Mərkəzi Müşahidə Şurasının üzvləri açıqlanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

2013-cü ildə İranda keçiriləcək prezident seçkilərində Mərkəzi Müşahidə Şurasının (MMŞ) üzvləri açıqlanıb. Şura qarşıdakı seçkilərin monitorinqini həyata keçirəcək.

Trend-in məlumatına görə, Qəyyumluq Şurasının sədri Əhməd Cənnəti ölkənin kəşfiyyat naziri Mustafa Məhəmməd Nəccara göndərdiyi məktubda MMŞ üzvlərinin adını qeyd edib.

Siyahıda Şuranın sədri kimi ayətullah Əhməd Cənnəti, ayətullah Məhəmməd Tağı Mesbah Yazdi (İran Ekspertlər Assambleyasının üzvü, ruhani), Məhəmməd Əlizadə (Məhkəmə Şurasının sədr müavini, Keşikçilər Şurasının hüquqşünası), Abbas Əli Kədxudayi (Keşikçilər Şurasının mətbuat katibi), Möhsin İsmaili (hüquqşünüas), Höccətülislam Səid İbrahim Rəisi (Ekspertlər Şurasının üzvü) və Məhəmməd Rza Mirşəmsin (Keşikçilər Şurasının hüquqşünasi) adları çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti