...

Səfir: Kot d-İvuar nefq-qaz sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Siyasət Materials 5 Dekabr 2012 11:36 (UTC +04:00)
Kot d-İvuar nefq-qaz sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.
Səfir: Kot d-İvuar nefq-qaz sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Kot d-İvuar nefq-qaz sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Kot d-İvuarın Azərbaycana yeni təyin olmuş səfiri Bernar Tano-Buçue deyib.

O qeyd edib ki, hər iki ölkə neft və qaz hasil edir, ancaq Kot d-İvuarın neft və qaz ehtiyatları Azərbaycanın ehtiyatlarından xeyli azdır.

"Biz tələbələrimizi Azərbaycan Diplomatik Akademiyasına və neft-qaz sahəsi ilə bağlı ali təhsil ocaqlarına göndərmək istəyirik", - səfir deyib.

Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğunu deyən diplomat qeyd edib ki, bu gün Azərbaycan Avropaya neft və qaz tədarük edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir qeyd edib ki, təmsil etdiyi ölkə bu məsələ ilə bağlı narahatlığını bildirir və hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığını vacib sayır.

Tano-Buçue münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti