...

MDB-nin müdafiə nazirləri strateji məsələlərin müzakirəsi üçün Moskvaya yığışırlar

Siyasət Materials 8 Dekabr 2012 10:55 (UTC +04:00)
MDB ölkələrinin müdafiə nazirləri Moskvada Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə Trend şənbə günü "Qolos Rossiya"ya istinadən məlumat verir.
MDB-nin müdafiə nazirləri strateji məsələlərin müzakirəsi üçün Moskvaya yığışırlar

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

MDB ölkələrinin müdafiə nazirləri Moskvada Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə Trend şənbə günü "Qolos Rossiya"ya istinadən məlumat verir.

"Dekabrın 11-də Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın müdafiə nazirlərinin iştirakı planlaşdırılır", - Minskdəki MDB İcraiyyə Komitəsininin mətbuat xidməti bildirib.

Görüşün gündəliyinə MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 20-dən artıq məsələ daxil edilib. Xüsusilə, iclasda 2013-cü ildə Birlik ölkələrinin Hava Hücumundan Birləşmiş Müdafiə Sisteminin birgə tədbirlərinin keçirilməsinə aid məsələlərin müzakirəsi gözlənilir.

"Nazirlər, həmçinin MDB iştirakçı ölkələrinin hərbi qüvvələrinin metroloji təminatının təkmilləşdirilməsi, Müdafiə nazirliklərinin beynəlxalq hərbi əməkdaşlıq orqanları ilə qarşılıqlı fəaliyyəti, mühəndis qoşunlarının birgə tədbirlərinin keçirilməsi, mühəndis silah vasitələrinin müasirləşdirilməsi və təmiri məsələlərini müzakirə edəcəklər", - MDB İcraiyyə Komitəsindən deyiblər.

İclas iştirakçıları, həmçinin mühəndis qoşunları üçün hərbi kadrların hazırlanmasına dair baza təşkilatı, Birlik ölkələrinin hərbi qüvvələrinin toporqafik xidmətləri üçün mütəxəssislərin, hərbi-elmi və elmi pedaqoji kadrların hazırlanmasının təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

"Bundan başqa, Birlik ölkələrinin müdafiə nazirləri Böyük Vətən müharibəsinin 70 illiyinin qeyd edilməsinə hazırlıq və müharibədə döyüş yerlərində ölənlərin talelərinin müəyyənləşdirilməsi üzrə birgə axtarış tədbirlərinin görülməsi məsələlərini müzakirə edəcəklər", - mətbuat xidmətindən qeyd ediblər.

Müdafiə nazirləri, habelə Vahid Dövlət Radiolokasiya Tanınması Sisteminin İnkişaf Konsepsiyası layihəsini, radiasiya, kimyəvi və bioloji vəziyyət, radiasiya, kimyəvi və bioloji təhlükəsizliyin nəzarət edilən parametrlərinin vahid göstəriciləri haqqında məlumat mübadiləsi həyata keçirən hərbi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətini nəzərdən keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti