...

Türkiyə Baş nazirinin müavini siyasətdən gedir

Siyasət Materials 14 Dekabr 2012 15:43 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini, sabiq xarici işlər naziri Əli Babacan siyasətdən gedəcəyini açıqlayıb.
Türkiyə Baş nazirinin müavini siyasətdən gedir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini, sabiq xarici işlər naziri Əli Babacan siyasətdən gedəcəyini açıqlayıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

"Siyasətdən getməyin vaxtı gəldi. Siyasət heç vaxt professional karyera halına gəlməməlidir", - Babacan bildirib.

Baş nazirin müavini siyasətdən nə zaman gedəcəyini açıqlamayıb.

Qeyd edək ki, Əli Babacan 2007-ci il avqustun 29-dan 2009-cu il may ayının 1-dək ölkənin XİN rəhbəri vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti