...

İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisini qəbul edib (FOTO)

Siyasət Materials 18 Dekabr 2012 16:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib.
İlham Əliyev Azərbaycanın Kosmik Proqramının məsləhətçisini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik Roald Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni akademik Roald Saqdeyevə təqdim etdi.

Akademik Roald Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti