...

GUAM PA həlli uzanan münaqişələrin nizamlanmasında irəliləyişin olmamasından narahatdır

Siyasət Materials 20 Dekabr 2012 11:43 (UTC +04:00)
GUAM PA təşkilat məkanındakı həlli uzanan münaqişələrin nizamlanmasında irəliləyişin olmamasından narahatdır.
GUAM PA həlli uzanan münaqişələrin nizamlanmasında irəliləyişin olmamasından narahatdır

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

GUAM PA təşkilat məkanındakı həlli uzanan münaqişələrin nizamlanmasında irəliləyişin olmamasından narahatdır.

"GUAM Parlament Assambleyası GUAM məkanında yalnız GUAM-a üzv olan dövlətlər üçün deyil, həm də bütün Avropa üçün təhlükə olan həlli yubanan münaqişələrin nizamlanmasında irəliləyişin olmaması, həmçinin bu münaqişələrdə indiki vəziyyətin saxlanılması ilə bağlı narahatlığını ifadə edir", - Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən GUAM Parlament Assambleyasının 5-ci iclasının yekunları üzrə qəbul edilmiş Kommünikedə deyilir.

Parlament Assambleyası təşkilatın beynəlxalq fəaliyyətinin son illərində dərinləşməsi və genişlənməsi faktını alqışlayıb, həmçinin Baltika Assambleyası, Benilüks Parlamenti və başqa beynəlxalq və regional parlamentlərarası birliklərlə qarşılıqlı sərfəli münasibətlərin gələcəkdə möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

PA, həmçinin təşkilata üzv dövlətlərin ümumi xarici siyasət prioritetlərinin irəliləyişinin effektiv mexanizmi kimi GUAM-ın aktivləşməsi zərurətinin xeyrinə fikir bildirib.

Parlament Assambleyası Azərbaycanın Avropanın energetika təhlükəsizliyinin təminatına töhfəsini yüksək qiymətləndirib və GUAM-a üzv dövlətlərdə həyata keçirilən enerji layihələrinə dəstəyini ifadə edib.

Forumun iştirakçıları regionlararası əməkdaşlığın inkişafında regional və beynəlxalq parlament təşkilatlarının rolunu yüksək qiymətləndiriblər və bu kontekstdə belə əməkdaşlığın inkişafı üçün effektiv mexanizm kimi GUAM PA ilə başqa regional parlament təşkilatları arasında effektiv əməkdaşlıq dialoqunun və qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Tərəflər regionda demokratiyanın möhkəmlənməsində, hüququn aliliyinə, əsas insan hüquq və azadlıqlarına əməl olunmasında, dövlətlərin iqtisadi inkişafında və təhlükəsizliyin və sabitliyin təmin olunmasında GUAM PA-nın əhəmiyyətli rolunu qeyd ediblər.

GUAM PA-nın 5-ci iclasının iştirakçıları bir daha GUAM dövlətlərinin davamlı inkişafı üçün Parlament Asssambleyası çərçivəsində dinamik iqtisadi artım və sosial həmrəyliyin təminatı yolu ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ehtiyacını təsdiqləyiblər.

Qəbul edilmiş Kommünikedə deyilir ki, Parlament Assambleyası Avropa İttifaqı ilə, həmçinin GUAM-a üzv dövlətlərin hər birinin fərdi xüsusiyyətləri və səyləri nəzərə alınmaqla Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində daha sıx əlaqələrin inkişafının dərinləşməsinə dəstək ifadə edir.

Kommünikeni GUAM PA-nın sədri Elton Məmmədov təqdim edib.

Məmmədov bildirib ki, qurumun Bakıda keçirilən 5-ci iclasının yekun toplantısında Assambleyanın beynəlxalq əlaqələrini genişləndirmək üçün müzakirəklər aparıldı, təkliflər verildi.

O qeyd edib ki, GUAM PA öz fəaliyyətini qarşılıqlı faydalı əməkdaşlıq, davamlı və dayanıqlı əməkdaşlığı həyata keçirmək məqsədi ilə qurub.

GUAM PA sədri bildirib ki, çoxtərəfli əməkdaşlıq ikitərəfli əməkdaşlıqların sıx olduğu halda dayanıqlı ola bilər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti