...

Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın statistikası açıqlanıb

Siyasət Materials 21 Dekabr 2012 09:52 (UTC +04:00)
Türkiyədə xarici vətəndaşlara daşınmaz əmlak əldə etməyə icazə verən qanunun 2012-ci ilin avqust ayında qəbul edilməsindən dekabrın ortalarınadək əcnəbilər ölkədə 6 min ədədə yaxın daşınmaz əmlak əldə ediblər.
Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın statistikası açıqlanıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə xarici vətəndaşlara daşınmaz əmlak əldə etməyə icazə verən qanunun 2012-ci ilin avqust ayında qəbul edilməsindən dekabrın ortalarınadək əcnəbilər ölkədə 6 min ədədə yaxın daşınmaz əmlak əldə ediblər. Bu barədə Trend-ə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Avqust-oktyabr ayları ərzində əcnəbi vətəndaşlar Türkiyədə 2,578 min ədəd daşınmaz əmlak alıblar.

Azərbaycan vətəndaşları 50 ədədə yaxın daşınmaz əmlaka sahib olublar. Azərbaycan vətəndaşları, əsasən, İstanbulda, İzmir və Muğla əyalətlərində daşınmaz əmlak əldə edirlər.

Qeyd edilən dövrdə ən çox Almaniya, Rusiya, Böyük Britaniya və Fars körfəzindəki ərəb ölkələrinin vətəndaşları tərəfindən daşınmaz əmlak əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti