...

Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişiklikləri qəbul edib

Siyasət Materials 21 Dekabr 2012 14:08 (UTC +04:00)
Milli Məclis bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişiklikləri qəbul edib.
Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, əlavə və dəyişikliklərdə Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumları, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumlar artırılıb.

Həmçinin əlavə və dəyişikliyə görə, Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği, notariat hərəkətlərinin aparılmasına görə rüsumun məbləği, məhkəməyə verilən ərizələrin dövlət rüsumu, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri, konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti