...

Serbiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Siyasət Materials 29 Dekabr 2012 06:55 (UTC +04:00)
Cümə günü Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycanın Serbiyadakı Səfirliyində tədbir keçirilib.
Serbiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Cümə günü Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycanın Serbiyadakı Səfirliyində tədbir keçirilib.

Səfirlikdən Trend-ə daxil olan məlumata görə, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Səfirliyin müşaviri Q.Köçərli tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin mətni ilə tanış edərək, bu günün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmış, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İ.Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini qeyd etmişdir. O, xarici ölkələrdəki, eyni zamanda Serbiyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulamış, düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanın gündən-günə inkişaf etdiyini, xalqımızın rifahının artdığını diqqətə çatdırmışdır. Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində atdığı addımlar, keçirilən görüşlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirdə həmçinin 2012-ci ildə Səfirliyin fəaliyyətindən bəhs edilmiş, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının il ərzində apardığı fəaliyyəti yüksək qiymətləndirilərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələri və xidmətləri olduğu qeyd edilmiş, görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır. 2012-cu ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində Səfirlik tərəfindən həyata keçirilən işlərə yekun vurularaq, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilmiş, 2013-cü ildə Səfirliyin qarşısında duran vəzifələrdən bəhs edilmişdir.

Tədbir iştirakçıları sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılmış Belqraddakı "Taşmaydan parkı"na gələrək, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə əklil qoymuş və gül-çiçək düzmüşlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti