Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Bu il dekabrın 28-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfındən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bern şəhərində böyük mədəni tədbir təşkil olunmuşdur.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Bern şəhərinin ən böyük musiqi-konsert kompleksi hesab edilən Pol Kle Mərkəzində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, elmi fəaliyyət ilə məşğul olan ziyalılar və Azərbaycanla yaxm təmaslarda olan İsveçrə vətəndaşları iştirak etmişlər.
Mədəni tədbirin açılışında qonaqları salamlayan Azərbaycan Respublikasınm İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycanm ümummilli lideri Heydər Əliyev tərəfındən təməli qoyulmuş bu tarixin mahiyyəti və məqsədi, xarici ölkələrdə yaşayan soydaşlanmızın Azərbaycanın beynəlxalq ictimaiyyət arasında tanıdılması və təbliğ edilməsində müstəsna rolu, ölkə hökumətinin bu istiqamətdə Azərbaycan diasporuna verdiyi dəstək, habelə ölkəmizin son illərdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışmışdır.
İki hissəli bayram tədbirinin birinci hissəsində Azərbaycan milli musiqi kompozisiyalannı ifa etmək üçün Bernə təşrif buyurmuş Azərbaycan Respublikasmm xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" musiqi qrupu tədbir iştirakçılarının qarşısında çıxış etmişdir. Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin ifaları tədbirə qatılmış qonaqlar tərəfındən böyük maraqla qarşılanmışdır.
Konsert proqramından sonra səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə milli mətbəximizin təamları qonaqlara təqdim olunmuşdur.