...

Venesuela Prezidenti koma vəziyyətindədir

Siyasət Materials 2 Yanvar 2013 12:01 (UTC +04:00)
Dekabrın əvvəllərində onkoloji xəstəliklə əlaqədar əməliyyat keçirmiş Venesuela Prezidenti Uqo Çaves son bir neçə gündür ki süni koma vəziyyətindədir. Bu barədə Trend İspaniyanın "АВС" qəzetinə istinadəın məlumat verir.
Venesuela Prezidenti koma vəziyyətindədir

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Dekabrın əvvəllərində onkoloji xəstəliklə əlaqədar əməliyyat keçirmiş Venesuela Prezidenti Uqo Çaves son bir neçə gündür ki süni koma vəziyyətindədir. Bu barədə Trend İspaniyanın "АВС" qəzetinə istinadəın məlumat verir.

Məluumata görə, İstənilən vaxt Çavesin həyat fəaliyyətini dəstəkləyən aparaturadan ayrılması haqqında qərar qəbul edilə bilər ki, bu da faktiki olaraq pasiyentin ölümü deməkdir.

Venesuela hakimiyyətinin rəsmi nümayəndələri Çavesin vəziyyətinin sabit olduğunu bildirirlər. Ölkənin elm və texnologiyalar naziri Xorxe Arreas vətəndaşları liderin səhhətinin ağır olması barədə şayiələrə inanmamağa çağırıb.

Qeyd edək ki, yanvarın 10-da Çavesin yeni müddətə, yəni 2019-cu ilədək Venesuela Prezidenti postuna inauqurasiyasının keçirilməsi nəzərdə tutulub. Xəstəliklə əlaqədar tədbirin daha gec müddətə təxirə salınacağı və hətta Çavesin müalicə aldığı Havana and içəcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti