...

Avropa Birliyi Azərbaycan Prezidentinin Əfv sərəncamını dəstəkləyir

Siyasət Materials 7 Yanvar 2013 22:14 (UTC +04:00)
Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin 26 dekabr 2012-ci il tarixində imzaladığı 87 məhbusun, ö cümlədən vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının nümayəndələrinin və jurnalistlərin Əfv olunması haqqında sərəncamını dəstəkləyir.
Avropa Birliyi Azərbaycan Prezidentinin Əfv sərəncamını dəstəkləyir

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin 26 dekabr 2012-ci il tarixində imzaladığı 87 məhbusun, ö cümlədən vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının nümayəndələrinin və jurnalistlərin Əfv olunması haqqında sərəncamını dəstəkləyir. Bu barədə Trend-ə təşkiltatdan məlumat verilir.

"Avropa Birliyi nümayəndə heyəti hesab edir ki, bu sərəncam fundamental hüquqlara və azadlıqlara hörmətin gücləndirilməsində irəli bir addımdır və gözləyir ki, bu qərar digər konstruktiv tədbirlərlə tamamlanacaq", bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, Avropa Birliyi nümayəndə heyəti AB-in, ATƏT-in və Avropa Şurasının normalarına və dəyərlərinə uyğun olaraq demokratiyanın və qanunun inkişafında Azərbaycanın üzərinnə götürdüyü öhdəliklərinin icrasında yardım göstərməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti