...

İranın Azərbaycandakı səfiri Naxçıvan MR Ali Məclisinin sədri ilə görüşüb

Siyasət Materials 14 Yanvar 2013 16:50 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Naxçıvan Muxtar Respublikasına səfər edib. O, səfər çərçivəsində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
İranın Azərbaycandakı səfiri Naxçıvan MR Ali Məclisinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Naxçıvan Muxtar Respublikasına səfər edib. O, səfər çərçivəsində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi xəbər saytı məlumat veirir.

Görüşdə İran-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirən Vasif Talıbov bildirib ki, Azərbaycan İranın strateji dostu və etibarlı qonşusudur: "Ölkəmizin çətin dönəmində İranın bizə qarşı göstərdiyi hərtərəfli isti münasibəti unuda bilmərik".

Pakayin də İran Prezidenti Mahmud Əhmədinejad və parlamentin sədri Əli Laricaninin salamlarını çatdıraraq deyib ki, ölkəsinin dövlət rəsmiləri ikitərəfli əlaqələrin genişlənməsində maraqlıdırlar.

Səfir bildirib ki, iki ölkə siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə yüksək potensiala malikdirlər.

Pakayin, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün qarşısına əklil qoyub və Heydər Əliyev muzeyinə baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti