...

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri Strasburqda görüşüblər

Siyasət Materials 23 Yanvar 2013 14:11 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri Strasburqda görüşüblər

Fransa, Strasburq, 23 yanvar / Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqların aparılmasının vacibliyi vurğulanıb, lakin görüşün məzmuni ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, AŞPA sədrinin təşəbbüsü ilə keçirilən və parlament diplomatiyasına əsaslanan üçtərəfli görüşlər mütəmadi olaraq təşkil edilir. Tərəflər arasında keçirilən görüşlərin detalları ilə bağlı açıqlama verməmək barədə razılaşma var.

Xatırladaq ki, Jan-Klod Minyon bazar ertəsi keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı AŞPA-nın aprel sessiyasına kimi parlament diplomatiyasının müəyyən nəticələr verə biləcəyinə ümid etdiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti