...

İlham Əliyev Çexiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 29 Yanvar 2013 16:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın yeni seçilmiş Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Çexiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın yeni seçilmiş Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.

"Çexiya Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da inkişafına və genişlənməsinə nail olacağıq", - təbrikdə deyilir.

İlham Əliyev Miloş Zemana möhkəm cansağlığı, xoşbəxtlik və Çexiyanın dost xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti