...

Azərbaycan bir sıra ölkələrlə imzalanmış ikitərəfli sənədləri təsdiq edib

Siyasət Materials 7 Fevral 2013 18:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.
Azərbaycan bir sıra ölkələrlə imzalanmış ikitərəfli sənədləri təsdiq edib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

Saziş 2012-ci il noyabrın 6-da Roma şəhərində imzalanıb.

Təsdiq edilmiş sənədlər arasında 2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun, "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun, 2012-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə qanun, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanun da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti