...

Yerevanda ATƏT, AŞ PA və Avropa Parlamentinin mətbuat konfransı yarımçıq qalıb

Siyasət Materials 19 Fevral 2013 16:01 (UTC +04:00)
Seçkilərin saxtalaşdırıldığını iddia edən və bunu edənlərə etirazını bildirən siyasi fəallar Yerevanda ATƏT, AŞ PA və Avropa Parlamentinin nümayəndələrinin birgə keçirdikləri mətbuat konfransını yarımçıq dayandırıblar.
Yerevanda ATƏT, AŞ PA və Avropa Parlamentinin mətbuat konfransı yarımçıq qalıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Seçkilərin saxtalaşdırıldığını iddia edən və bunu edənlərə etirazını bildirən siyasi fəallar Yerevanda ATƏT, AŞ PA və Avropa Parlamentinin nümayəndələrinin birgə keçirdikləri mətbuat konfransını yarımçıq dayandırıblar. Bu barədə Trend çərşənbə axşamı RİA Novosti-yə istinadən məlumat verir.

Mətbuat konfransında iştirakçılardan biri məruzə edərkən qız tribunaya çıxaraq zalda siyasi bəyanatla qışqırmağa başlayıb.

Mətbuat konfransının iştirakçıları tədbiri dayandıraraq zalı tərk ediblər.

Fəalların saxladığı plakatlardan birində belə yazılıb: "Saxtalaşdırılmış seçkiləri dəstəkləməyi dayandırın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti