...

Zahid Oruc: Abdullah Gül erməni həmkarını təbrik etməklə qeyri-rasional addım atıb

Siyasət Materials 21 Fevral 2013 17:57 (UTC +04:00)
Abdullah Gül Avropa mədəniyyətinə və sivil münasibətlərə adi bir protokol jesti etmək istəyib. Bu barədə Trend-ə millət vəkili Zahid Oruc Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.
Zahid Oruc: Abdullah Gül erməni həmkarını təbrik etməklə qeyri-rasional addım atıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Abdullah Gül Avropa mədəniyyətinə və sivil münasibətlərə adi bir protokol jesti etmək istəyib. Bu barədə Trend-ə millət vəkili Zahid Oruc Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

"Türkiyə dövlət başçısı Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik edəndə hansı məqsədləri güddüyünü və ona nail olmaq ehtimalını hesablamaq o qədər də çətin deyil. Lakin nəyin hesabına? Biz bu yerdə qətiyyən Qarabağın işğalı və Azərbaycanın müharibə gerçəkliyini türk prezidentin üzərinə mənəvi öhdəlik kimi qoymaq istəmirik. Ola bilsin ki, qardaş ölkənin siyasi və taktiki planları bəzən qeyri-rasional addımlar atmağı tələb edə bilər", - Oruc deyib.

Lakin, o qeyd edib ki, heç uzaq keçmişə getmədən elə seçki tamaşasını bütövlükdə izləmək yetərdi ki, bu təbrikdən geri durasan və saxta diplomatik mesajı verməyəsən.

"Bütün namizədlərin əsas platforması Ağrı dağı ideallarından, antitürk bəyanatlarından və Qarabağ platformasından ibarət olubsa, belə marafonun və seçki kriminallığının qalibini necə təbrik etmək olar? Axı sabah həmin qələbənin müəllifi Türkiyəyə ərazi iddiaları kimi verdiyi vədləri yerinə yetirməyə çalışacaq. Onda Sarkisyanı avantürist adlandırmağa əsaslar türk diplomatiyasının əlindən çıxmış olacaq", - millət vəkili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti