...

Respublikaçılar Heygelin əvəzlənməsini tələb edir

Siyasət Materials 22 Fevral 2013 01:18 (UTC +04:00)
ABŞ Konqresinin respublikaçı senatorları prezident Barak Obamadan müdafiə naziri postuna Çak Heygelin namizədliyini geri götürməyi və mübahisələrə yol açmayan yeni şəxsin adını açıqlamağı tələb edirlər.
Respublikaçılar Heygelin əvəzlənməsini tələb edir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

ABŞ Konqresinin respublikaçı senatorları prezident Barak Obamadan müdafiə naziri postuna Çak Heygelin namizədliyini geri götürməyi və mübahisələrə yol açmayan yeni şəxsin adını açıqlamağı tələb edirlər. Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, bu məzmunlu müraciət Respublikaçılar partiyasının senatorları adından administrasiya rəhbərinə ünvanlanıb.

Məlumatda bildirilir ki, müraciətin təşəbbüsçüsü Konqresin yuxarı palatasının respublikaçılar fraksiyasının rəhbəri senator Con Kornindir. Respublikaçılar bildiriblər ki, keçmiş senator Heygel hər iki partiyanın dəstəyini ala bilməyib.

Müraciətin müəllifləri deyiblər ki, ölkənin mühüm postuna təyin olunası şəxs mübahisələrə yol açmamalıdır.

Lakin yerli müşahidəçilərin sözlərinə görə, respublikaçıların bu müraciəti nəticəsiz qalacaq. Çünki, Konqresdə üstünlüyə malik demokratlar Çak Heygelin namizədlərini dəstəkləyəcək və onu müdafiə naziri postuna təsdiqləyəcək.

Xəbər lenti

Xəbər lenti