...

Riçard Morninqstar 10 mart aksiyası ilə bağlı bəyanat verib

Siyasət Materials 12 Mart 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 10 mart aksiyası ilə bağlı bəyanat verib.

"Martın 10-da Bakıda Fəvvarələr Meydanında keçirilmiş ictimai nümayişlərdən bir neçə gün əvvəl bir neçə gənc fəalın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs edilməsi barədə mətbuat xəbərləri ilə tanış oldum. Hüquq-mühafizə orqanları nümayəndələri qəbul edilmiş beynəlxalq standartlara zidd olaraq, bu fəallardan üçünün törətməkdə ittiham olunduqları cinayətləri etiraf etməsi üçün televiziya ilə açıqlamalarını yaydılar.

Bu hadisələrdən başqa, polis dinc nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağından və rezin güllələrdən istifadə edib. Sonra nümayişçilərin bir qismi polis tərəfindən saxlanılıb.

Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Mən əminəm ki, hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə, qanunun aliliyini təşviq etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qursa, Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər", - ABŞ səfirliyindən Trend-ə daxil olan bəyanatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti