...

Serqey Lebedev: Bakı konfransı terrorizmlə mübarizədə daha bir addım olacaq

Siyasət Materials 18 Mart 2013 12:57 (UTC +04:00)
Bu gün terrorizmin artması və ekstremizmin müxtəlif formaları beynəlxalq aləmdə ciddi narahatlıqlara səbəb olur.
Serqey Lebedev: Bakı konfransı terrorizmlə mübarizədə daha bir addım olacaq

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

Bu gün terrorizmin və ekstremizmin müxtəlif formalarının artması beynəlxalq aləmdə ciddi narahatlığa səbəb olur. Trend-in məlumatına görə, bunu MDB-nin içraçı katibi Serqey Lebedev Bakıda bazar ertəsi "Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Bu gün dünyada terrorizm, qanunsuz narkotik və silah dövriyyəsi, dini ekstremizm daha geniş miqyas alır. Bu problemlər, həmçinin MDB ərazisində də var",- Lebedev bildirib.
Onun sözlərinə görə, MDB digər beynəlxalq təşkilatlarla birgə bu mənfi hallara qarşı mübarizə aparır.

"Terrorizmlə beynəlxalq mübarizəni dəstəkləyən dövlət başçılarının və təşkilatların səviyyəsində bir sıra qərarlar qəbul edilib. Lakin bu sahədə xüsusi hüquqi bazanı yaratmaq, bu sferada qanunvericiliyi kəskinləşdirmək lazımdır", - deyə Lebedv bildirib.

Onun sözlərinə görə, Bakı konfransı terrorizmlə mübarizədə daha bir addım olacaq, bu sahədə birgə qərarların qəbul edilməsinə yardım edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti