...

Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Siyasət Materials 27 Mart 2013 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Azərbaycan, Bakı, 27 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərənacmad qeyd olunur ki, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Ələsgərov Vəli Məmiş oğlu - general-mayor
Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik
Mirvətova Natəvan Mürsəl qızı - general-mayor

"Vətən uğrunda" medalı ilə:

Cəfərov İsrafil Məmməd oğlu - kapitan
Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant
Qəhrəmanov Elmar Elman oğlu - kapitan
Manafov Aydın Manaf oğlu - polkovnik
Rzayev Elçin Daxil oğlu - baş leytenant
Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant

"İgidliyə görə" medalı ilə:

Əliyev Ramin İmran oğlu - mayor
Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-leytenantı
Orucəliyev Elnur Akif oğlu - mayor
Pənahov İsgəndər Ağasəf oğlu - mayor
Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan

"Hərbi xidmətlərə görə" medalı ilə:

İsmayılov Zaur Ramiz oğlu - mayor
Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor
Salahov Fərman Çingiz oğlu - mayor
Seyidov Rəşad Mirfəddin oğlu - mayor
Vəliyev Pərviz Şamir oğlu - polkovnik
Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant
Zeynalov Oqtay Əbdül oğlu - polkovnik

Dövlət başçısının digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi:

Əliyev Elçin Ərsalan oğlu - Azərbaycan Respublikası milli
təhlükəsizlik nazirinin müavini
Səfərov Pərviz İnqlab oğlu - Təhqiqatlar Baş İdarəsinin rəisi

tibb xidməti general-mayoru ali hərbi rütbəsi:

Yaqubov Məzahir Şahbala oğlu - Hərbi-tibb Baş İdarəsinin rəisi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti