...

Ermənistanın "Armavia" aviaşirkəti müflisləşməsində hakimiyyəti ittiham edir

Siyasət Materials 1 Aprel 2013 17:51 (UTC +04:00)
"Armavia" şirkətinin fəaliyyətinin dayanmasından sonra Ermənistanda yük və sərnişindaşıma ilə real məşğul olan heç bir aviaşirkət qalmayacaq.
Ermənistanın "Armavia" aviaşirkəti müflisləşməsində hakimiyyəti ittiham edir

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"Armavia" şirkətinin fəaliyyətinin dayanmasından sonra Ermənistanda yük və sərnişindaşıma ilə real məşğul olan heç bir aviaşirkət qalmayacaq. Trend-in məlumatına görə, bu barədə "Armİnfo"nun "Armavia"da yaranmış vəziyyətlə bağlı sorğusuna cavab verən aviaşirkətin məsul əməkdaşlarının məktubunda deyilir.

Aprelin 1-dən aviaşirkət uçuşları dayandırır və müflisləşmə proseduruna başlayır.

"Bu faciənin fəsadlarını başa düşən az adam var. Rəqabət mübarizəsinə tab gətirə bilmədik, məhsulun toplanması üçün bazar tapmadıq, bizim bazar isə kiçikdir, texnologiya köhnədir", - məktubda deyilir.

Əməkdaşlar qeyd edirlər ki, ölkənin əhəmiyyətinə görə ordudan sonra ən vacib müəssisələrindən biri müflisləşəcək.

"Bəlkə siz qəsdən "Armavia"nı müflisləşmə həddinə çatdırdınız ki, xalq qarşısında özünüzə haqq qazanasınız və deyəsiniz ki, şirkəti doğru idarə etməmişik", - cavabda bildirilir.

"Ermənistanda işsizlər ordusunun sayı daha 400 nəfər artacaq", - məktubda qeyd edilir.

Əməkdaşlar bildirirlər ki, Ermənistanın gömrük xidmətləri müəssisə və vətəndaşlardan pul qopardan aparata çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti