...

Özbəkistanda ümummili lider Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçiriləcək

Siyasət Materials 3 Aprel 2013 12:12 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi və "Özbəkistan- Azərbaycan" dostluq cəmiyyəti Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcək.
Özbəkistanda ümummili lider Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Özbəkistandakı səfirliyi və "Özbəkistan- Azərbaycan" dostluq cəmiyyəti Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcək.

Trend xəbər verir ki, tədbirdə çıxış etmək üçün Milli Məclisin üzvləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva Özbəkistana səfərə gediblər.

Millət vəkili Qənirə Paşayevanın Trend-ə bildirdiyinə görə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə onunla yanaşı, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, millət vəkili Rəbiyyət Aslanova, Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Fəlsəfə İnstitunun şöbə müdiri Rəna Mirzəzadə, "Özbəkistan-Azərbaycan" cəmiyyətinin sədri Erkin Nuriddinov və digərləri məruzə ilə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti