...

Azərbaycan Prezidenti və xanımı yenidən MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər

Siyasət Materials 3 Aprel 2013 12:27 (UTC +04:00)
Milli Olimpia Komitəsinin (MOK) VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Azərbaycan Prezidenti və xanımı yenidən MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Milli Olimpia Komitəsinin (MOK) VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Trend-in məlumatına görə, MOK İcraiyyə Komitəsinə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionları Rəfiqə Şabanova, Zemfira Mehtəhəddinova və Namiq Abdullayev, Azərbaycan "Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Əbiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov, əməkdar idman ustası Ələkbər Məmmədov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Ordu İdman Klubunun rəisi Natiq Əliyev, AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyev, Naxçıvan MR-nın gənclər və idman naziri Azad Cabbarov üzv seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti