Ermənistan UBCCE-nin ümumi yığıncağında səsvermə hüququndan məhrum olunub

Siyasət Xəbər 10 Aprel 2013 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Ermənistanı təmsil edən təşkilat Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (UBCCE) ümumi yığıncağında üzvlük haqqını ödəmədiyi üçün səsvermə hüququndan məhrum olunub.

Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) Trend-ə verilən məlumata görə, İstanbulda Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (Union of Black Sea and Caspian Confederation of Enterprises - UBCCE) növbəti ümumi yığıncağı keçirilib.

Qara dəniz və Xəzər dənizi bölgəsinin ilk könüllü və müstəqil iş adamları təşkilatının ümumi yığıncağında ATİB idarə heyətinin üzvü Rəşad Rəsullu və ATİB Layihələr və Tədqiqatlar Şöbəsinin müdiri Kənan Aslanlı iştirak ediblər.

Yığıncaqda ilk öncə UBCCE-nin nizamnaməsinə bəzi dəyişikliklərin edilməsi müzakirə olunub və səsvermə nəticəsində nizamnaməyə dəyişikliklər qəbul olunub.

Daha sonra təşkilatın 2012-ci il üzrə fəaliyyət hesabatı və maliyyə hesabatları müzakirə edilərək təsdiq edilib.

UBCCE-nin 2013-2015-ci illərdə rəhbərliyi isə aşağıdakı tərkibdə təsdiqlənib: prezident - TÜSİAD (Türkiyə), vitse-prezident - ATİB (Azərbaycan), vitse-prezident - GEC (Gürcüstan); auditor heyəti: Prezident - TİSK (Türkiyə), üzv - KISH (Albaniya), üzv - ICEA (İran).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti