...

İranda tankların hərbi təlimi keçiriləcək

Siyasət Materials 20 Aprel 2013 12:28 (UTC +04:00)
İranın cənub-şərqində ölkənin quru qoşunları tanklarının iştirakı ilə ağır texnikanın təlimləri keçiriləcək.
İranda tankların hərbi təlimi keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir T.Cəfərov/

İranın cənub-şərqində ölkənin quru qoşunları tanklarının iştirakı ilə ağır texnikanın təlimləri keçiriləcək. Bunu İran Silahlı Qüvvələrinin (SQ) quru qoşunları komandiri briqada generalı Əhmədrza Purdəstan SQ-nin üç yeni nailiyyətinin təqdimat mərasimində deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Qeyd edək ki, İran SQ bu gün üç yeni nailiyyətinin - simsiz rabitə sistemi, raket-buraxılış sistemi və T-72 tank simulyasiyanın təqdimatını keçirib. Təqdimat mərasimində quru qoşunları komandiri Əhmədrza Purdəstan iştirak edib.

Purdəstan deyib ki, tankların və ağır texnikanın təlimləri yaxın iki ay ərzində keçiriləcək.

Onun sözlərinə görə, həmçinin İsfahanda "Beytul-Müqəddəs 25" adı ilə də təlimlər keçiriləcək. Bu təlimlərdə qoşunların qeyri-simmetrik taktikası məşq olunacaq. Təlimlərin nə vaxt keçiriləcəyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti