Azərbaycan, Bakı, 25 aprel /Trend/
Rusiya Prezidenti Vladimir Putin zəruri sənədlərin hazırlanması üçün xarici pasportlarla girişin tətbiq edilməsi nəzərdə tutulan MDB ölkələrinə maliyyə yardımı göstərilməsi imkanlarını istisna etməyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Rusiyada xarici pasportlarla girişin niyə məhz 2015-ci ildə tətbiq edilməsi planlaşdırılır" sualını cavablandıran Putin qeyd edib ki, ölkələrin bu istiqamətdə zəruri işlər görməsi üçün müəyyən vaxta ehtiyacları var. Onun fikrincə, bu çərçivədə işlər ən azı 1 il yarım vaxt aparacaq.
"Bu prosesi sürətləndirməyə çalışmaq olar, lakin o zaman tərəfdaşlarımıza hər hansı etirazımızı bildirə bilməyəcəyik. Bu prosesin sivil qaydada aparılması məqsədilə həmin sənədlərin hazırlanması üçün büdcəmizdən maliyyə yardımı ayırmağa məcbur olacağıq", - Putun deyib.