Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T. Cəfərov/
İran hüquq-mühafizə orqanları iki Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatı şifahi formada təsdiqləyiblər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Təbrizdəki vitse - konsulu Nəriman Orucəliyev bildirib.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan vətəndaşları - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamxal adlı köməkçisinin İranda saxlanılması barədə yayılan məlumatları araşdırır.
Baş Konsulluq məsələ ilə bağlı İranın müvafiq orqanlarına rəsmi sorğu göndərib.