Prezident İlham Əliyev: Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır (FOTO)

Prezident İlham Əliyev: Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilmişdir. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. "ASAN xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Qeyd edildi ki, binada əlillər üçün də bütün zəruri şərait yaradılmışdır. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılmışdır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanmışdır.

Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilmiş və onlar təlimlərə cəlb olunmuşlar.

Dövlətimizin başçısı könüllülərlə görüşdü. Prezident İlham Əliyev dedi ki, artıq "ASAN xidmət" Sumqayıta da gəldi, Bakıdan üç ay sonra.

"Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır.

İndi Sumqayıtda gözəl parklar salınır. Bu gün Heydər Əliyev Parkının vəziyyəti ilə tanış oldum. Sumqayıt doğrudan da ölkəmizin çox gözəl şəhərinə çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də artır, iş yerləri açılır. İndi yeri yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən də işçi qüvvəsini Sumqayıta gətirəcəkdir. Yəni, burada iş çox olacaqdır və bu Mərkəz nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərəcəkdir.

Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm", deyə Prezident bildirib.

Sonra Azərbaycan Prezidentinə məlumat verildi ki, mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Mərkəzin "Çağrı" xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılmışdır. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcəkdir.

Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcəkdir. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaqdır. Xidmət prosesi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elan tabloları qurulmuşdur.

Xidmətin "asan.gov.az" internet saytı vasitəsilə vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verildi.

Vurğulandı ki, "ASAN xidmət"in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapmışdır. Bölgələrdə səyyar fəaliyyət göstərmək üçün "ASAN xidmət"in şəxsi heyəti və hərəkət vasitələri şimal və cənub qruplarına bölünəcəkdir. Səyyar qrupların hər biri şəhər və rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərəcəkdir. Qrup müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki iş günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdiriləcəkdir.

Dövlətimizin başçısı səyyar xidmət avtobusu ilə tanış oldu.

Qeyd edildi ki, agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılan "Mercedes" markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi üçün yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə hazırlanmışdır. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılan günəş panelləri təmin edəcəkdir. Avtobusun üzərində quraşdırılmış böyük monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcəkdir. Avtobusda "ASAN xidmət"in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır.

Həmçinin vətəndaşların yağışlı və ya günəşli havada növbə tutmaları üçün avtobusda rahat çadır da vardır. Avtobusun qoşqusunda isə "ASAN xidmət" əməkdaşlarının istirahəti və qidalanmaları üçün yüksək şərait yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzin həyətində İnnovasiyalar Mərkəzinin yeni texnologiyaları ilə tanış oldu. Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ və bəzi Avropa ölkələrində artıq istifadə olunur.

Sonda xatirə şəkli çəkdirdi.

Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Loading Bars
Xəbər lenti
Biləsuvarda "QAZel" yanıb
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Türkiyənin Hatay səhərində terakt törədilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İşğaldan azad olunan Qubadlı şəhəri (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi (VİDEO)
ABŞ keçiriləcək seçkilərində 60 milyondan çox insan vaxtında əvvəl səs verib
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər (VİDEO)
Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq - TRT-dən özəl dəstək (VİDEO)
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiyasından, qəzəbindən qorxur
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi (VİDEO)
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb (FOTO/VİDEO)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Ermənistanın Daşkəsənə atəşi nəticəsində baş verən yanğın söndürülüb - FHN (FOTO) (ƏLAVƏ OLUNUB)
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik
Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək
Şamaxıda zəlzələ olub
Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur - Leyla Abdullayeva
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək
Paşinyan son şansından istifadə etmək əvəzinə, mülki vətəndaşlarımızı atəşə tutur - Deputat
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Pakistan Fransaya etiraz notası verib
Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Bütün xəbərlər