...

Sərdar Cəlaloğlu: Milli Şuranın "bədən"i yoxdur, indidən "baş"ı haqqında düşünürlər

Siyasət Materials 6 May 2013 17:40 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, Milli Şurada yaradılması təklif olunan həmsədrlik institutu heç nəyi dəyişməyəcək.
Sərdar Cəlaloğlu: Milli Şuranın "bədən"i yoxdur, indidən "baş"ı haqqında düşünürlər

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, Milli Şurada yaradılması təklif olunan həmsədrlik institutu heç nəyi dəyişməyəcək.

"Bununla heç nə dəyişməyəcək, çünki Milli Şura Azərbaycan xalqının gözləntilərinə cavab verməyən bir qurumdur. Antidemokratik proseslərin Azərbaycan xalqına heç bir xeyri ola bilməz. "Hələ ayı vurulmayıb, dərisini bölürlər". Hələ Milli Şuranın "bədən"i yoxdur, indidən "baş"ı haqqında düşünürlər. Gülməli bir şeydir", - Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib.

Hazırda həmsədrlik institutu ilə bağlı mövcud olan fikir ayrılığına münasibət bildirən Cəlaloğlu qeyd edib ki, belə fikir ayrılığı təbiidir, çünki elə o Milli Şuranın təəssübkeşləri fikir ayrılığında olan adamlardır.

"Burada din davası yox, un davası gedir. Əslində Eldar Namazov daha çox istəyir ki, Milli Şura Rüstəm İbrahimbəyovun vasitəsilə onun nəzarətində olsun. Çünki Rüstəm İbrahimbəyovun nə təşkilatçılıq qabiliyyəti, nə də siyasi təcrübəsi var. Çox güman ki, Rüstəm İbrahimbəyov sədr olacağı tədqirdə Milli Şura Eldar Namazov tərəfindən idarə olunacaq", - Cəlaloğlu deyib.

Onun fikrincə, Əli Kərimli ilə İsa Qəmbərin də öz maraqları var. "Onlar istəyirlər ki, İctimai Palatanın burada nüfuzunu bərpa etsinlər, Milli Şuranı İctimai Palatanın nəzarətinə alsınlar. Bu baxımdan dava gedir. Görək hansı hansına qalib gələcək", - ADP sədri vurğulayıb.

Qeyd edək ki, Milli Şuraya Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun həmsədrlik edəcəkləri deyilir. "El" hərəkatının rəhbəri Eldar Namazov isə həmsədrlik institutunun tərəfdarı olmadığını deyərək ən yaxşı variant kimi Milli Şuraya Rüstəm İbrahimbəyovun rəhbərlik etməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti