...

Azərbaycanın Vyetnamdakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 17 May 2013 09:45 (UTC +04:00)
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, etimadnamənin təqdimat mərasimində səfir Anar İmanov Azərbaycanın Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Vyetnam Prezidentinə çatdırıb.
Azərbaycanın Vyetnamdakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Truong Tan Sanga təqdim edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, etimadnamənin təqdimat mərasimində səfir Anar İmanov Azərbaycanın Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Vyetnam Prezidentinə çatdırıb.

Səfir ölkəmizin Vyetnamla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sang Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib və Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Vyetnam Prezidneti Anar İmanovu Azərbaycanın Vyetnama səfiri təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident Truong Tan Sang, həmçinin, ölkələrimiz arasındakı əməkdaşlığın dərin tarixi olduğunu və ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, həmçinin, Vyetnamın neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını məmnunluqla qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti