Azərbaycan, Bakı, 22 may /Trend/
Miqrasiya axınını nizamlamaq üçün MDB ölkələri vətəndaşlarının Rusiyaya dəvət üzrə girişi tətbiq edilə bilər. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bəyan edib.
Romodanovski bildirib ki, hazırda viza rejimi aktual deyil: "Dəvət üzrə giriş variantı Rusiyaya daha çox miqrantların gəldiyi ölkələr tərəfindən nəzərdən keçirilə bilər, lakin bunu əlavə olaraq işləyib hazırlamaq lazımdır. Biz bu barədə də düşünəcəyik".