...

Ədalət Partiyasının Milli Şuraya qoşulmaq niyyəti yoxdur

Siyasət Materials 23 May 2013 15:47 (UTC +04:00)
Azərbaycanın Ədalət Partiyası Milli Şuraya qoşulmaq niyyətində deyil. Bu barədə Trend-ə partiyanın aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Ədalət Partiyasının Milli Şuraya qoşulmaq niyyəti yoxdur

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Ədalət Partiyası Milli Şuraya qoşulmaq niyyətində deyil. Bu barədə Trend-ə partiyanın aparat rəhbəri Mütəllim Rəhimli deyib.

O qeyd edib ki, təmsil etdiyi partiya müxalifətin birliyi istiqamətində atılan hər bir addımı tədqir edir və dəstəkləyir: "Hesab edirik ki, müxalifətin ümumi problemlərinin həlli yalnız birlikdən keçir. Amma söhbət Milli Şuraya gələndə, bu birlikdən Ədalət Partiyasına hər hansı bir dəvət gəlməyib və partiyanın da bu birliyə qoşulmaqla bağlı hər hansı bir istəyi yoxdur. Görünür, onlar xarakterimizi bildiklərindən bizə dəvət göndərməyiblər".

Rəhimli vurğulayıb ki, indiyə qədər Azərbaycanda çoxlu birliklər olub və Ədalət Partiyası bu birliklərdə iştirak edib: "Sonradan biz görmüşük ki, o birliklərin daxilində səmimilikdən uzaq baxışlar var və bəzən hadisələrin kritik məqamlarında müəyyən qüvvələr öz maraqları naminə addımlar atır, ümummilli məsələlərə ziyan vururlar. Ona görə də biz bu cür birliklərə çox həssaslıqla yanaşırıq".

Rəhimli qeyd edib ki, bir çox hallarda müxalifətin birliyi istiqamətində atılan addımların heç bir perspektivi olmur və bunu da proqnozlaşdırmaq asan olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti