Azərbaycan, Bakı, 26 may /Trend/
Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim rəsmi Dəməşqin Suriya üzrə beynəlxalq konfransda iştirak etməyə hazır olduğunu bəyan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press"ə istinadən xəbər verir.
Əl-Muallim Bağdadda təşkil olunan mətbuat kofransda bu tədbiri Suriya münaqişəsinin "siyasi yolla həlli üçün yaxşı imkan" adlandırıb. Bu gün nazir İraqa elan edilməmiş səfər edib.
Qeyd edək ki, beynəlxalq konfransın iyun ayında Cenevrədə keçirilməsi planlaşdırılır.