Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Tariverdiyeva/
50,4 milyondan çox İran vətəndaşı qarşıdakı prezident seçkilərində səs vermək hüququna malikdir. Trend-in "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.
Nazir deyib ki, 1,6 milyon nəfərdən çox vətəndaş ilk dəfə səs verəcək: "Ölkə ərazisində 130 min seçki dairəsi, xaricdə yaşayan iranlılar üçün isə 285 seçki məntəqəsi yaradılacaq".
Qeyd edək ki, İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.