Azərbaycan, Bakı, 30 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul etmişdir.
Görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olundu, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirildi.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.