...

Ərdoğan: Türkiyədəki aksiyaların təşkilatçıları arasında terrorçu qruplaşmaların üzvləri də var

Siyasət Materials 6 İyun 2013 17:38 (UTC +04:00)
Türkiyədə etiraz aksiyalarının təşkilatçıları arasında ABŞ-ın Ankaradakı səfirliyinə hücumu təşkil edən terrorçu qruplaşmaların üzvləri də var.
Ərdoğan: Türkiyədəki aksiyaların təşkilatçıları arasında terrorçu qruplaşmaların üzvləri də var

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə etiraz aksiyalarının təşkilatçıları arasında ABŞ-ın Ankaradakı səfirliyinə hücumu təşkil edən terrorçu qruplaşmaların üzvləri də var. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisdə mətbuat konfransında deyib.

Ərdoğanın sözlərinə görə, İstanbulda etiraz aksiyaları zamanı saxlanılanlar arasında xarici vətəndaşlar da var, lakin onlar Türkiyədə akkreditə olunmuş diplomatik korpusların əməkdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti