Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/
Ermənistan prezidenti onun üzündə Ermənistan xalqının belə yoxsul səviyyədə yaşamasını unudaraq regionda dinamik inkişaf nümunəsi olan Azərbaycan haqqında populist bəyanatlarla çıxış edir. Trend-in məlumatına görə bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Serj Sarqsyanın Azərbaycan haqqında bəyanatlarını şərh edərkən bildirib.
Abdullayev cümə günü təşkil olunan brifinqdə bildirib ki,"rəsmi Yerevanın dar düşüncəsi nəticəsində Ermənistan regional inkişafdan kənarda qalıb. Görünür, elə bu fakt da erməni xalqı qarşısında necə bəraət qazanmağı bilməyən Ermənistan prezidentini qıcıqlandırır".
O, bildirib ki, Ermənistanın dövlət başçısı öz xalqı qarşısında hesabat verməlidir və Ermənistanın bütün regional müqavilələrdən kənarda qalmasını izah etməlidir: "Azərbaycanın hərtərəfli inkişafı davam edir və iki ölkə arasında uçurum ağlasığmaz ölçülərə çatıb".
Abdullayev vurğulayıb ki, öz xalqını iqtisadiyyatın müasirləşdirilməsi və şaxələndirilməsi haqqında boş vədlərlə yedirmək ayrı, fəaliyyət nəticəsində öz xalqının inkişafını və əmin-amanlığını ciddi şəkildə möhkəmləndirmək tamamilə başqa məsələdir.