...

Elmar Məmmədyarov Filip Lefortla görüşüb

Siyasət Materials 12 İyun 2013 18:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Filip Lefortla görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Filip Lefort Cənubi Qafqaz ölkələrinə son səfəri barədə məlumat verib və keçirdiyi görüşləri yüksək qiymətləndirib. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Avropa İttifaqının regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu və bunun üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib və bu münaqişənin ədalətli həlli perspektivləri bağlı öz fikirlərini çatdırıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti