...

Elnur Aslanov: "Azərbaycan heç bir iri dövlətin forpostu deyil"

Siyasət Materials 15 İyun 2013 12:59 (UTC +04:00)
"Azərbaycan heç bir iri dövlətin forpostu, heç bir dövlətin bölgədə siyasətini həyata keçirən alət deyil".
Elnur Aslanov: "Azərbaycan heç bir iri dövlətin forpostu deyil"

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/

"Bu gün bölgədə Azərbaycansız heç bir iqtisadi və siyasi layihələr həyata keçirilmir, artıq iftixar hissi ilə demək olar ki, Azərbaycan lider dövlətdir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) bu gün keçirilən hesabat konfransında çıxışı zamanı bildirib.

Aslanov qeyd edib ki, Azərbaycan heç bir iri dövlətin forpostu, heç bir dövlətin bölgədə siyasətini həyata keçirən alət deyil: "Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulan qüdrətli müstəqil dövlətdir, öz müstəqil siyasətini həyata keçirir".
Aslanov vurğulayıb ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların təsisçiliyində və həmin təşkilatların fəaliyyətində xüsusi rol oynayan faktordur: "Bu siyasətin başında dayanan da Azərbaycan Prezidenti İlham Əliyevdir".

Aslanov Azərbaycanın bəzi beynəlxalq təşkilatlara iradını da diqqətə çatdırıb. PA rəsmisi qeyd edib ki, həmin təşkilatlar müəyyən yollarla Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymaq istəyirlər: "Məsələn, bu yaxınlarda 754 üzvü olan Avropa Parlamentinin 32 deputatı qurum adından Azərbaycanla bağlı qətnamə qəbul etdi. Bu qətnamə qərəzli və birtərəflidir. Bu və ya digər bir məsələyə dərhal münasibət bildirməyə cəhd edən erməni lobbisinin təsiri altında olan qurumlar böyük bir Avropa təsisatında 20 ildir hüquqları pozulan (Dağlıq Qarabağda zərər çəkən, didərgin düşən azərbaycanlılar) insanlarla bağlı qətnamə qəbul etmirlər. Məgər bir milyon insanın öz yurdundan didərgin düşməsi problem deyil?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti