...

NATO Suriyada uçuşsuz zonanın tətbiqini hələ müzakirə etmir

Siyasət Materials 17 İyun 2013 23:27 (UTC +04:00)
Suriyada uçuşsuz zonanın tətbiqi hələ ki NATO-nun gündəmində deyil. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bunu ABŞ-ın Alyansdakı daimi səfiri deyib.
NATO Suriyada uçuşsuz zonanın tətbiqini hələ müzakirə etmir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Suriyada uçuşsuz zonanın tətbiqi hələ ki NATO-nun gündəmində deyil. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bunu ABŞ-ın Alyansdakı daimi səfiri deyib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Ben Rods təsdiqləyib ki, Vaşınqton Suriyada uçuşsuz zonanın tətbiqini effektiv saymır.

"Lakin prinsip etibarilə bunu inkar da etmir" -deyə Rods əlavə edib.

Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç isə deyib ki, Rusiya Syriyada uçuşsuz zonanın tətbiqinə icazə verməyəcək.

Xəbər lenti

Xəbər lenti