...

ABŞ və Rusiya Soçi Olimpiya Oyunlarının təhlükəsizliyinin təminatı üçün birgə işləyəcək

Siyasət Materials 18 İyun 2013 06:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra Rusiya dövlət başçısı bildirib ki, iki ölkə Soçi Olimpiya Oyunlarının təhlükəsizliyinin təminatı üçün birgə işləyəcək.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, ABŞ-la Rusiyanın terrora qarşı mübarizədə birgə fəaliyyəti bu mühüm tədbir üçün xüsusi önəm kəsb edir.

"Terrora qarşı mübarizədə fəaliyyətin gücləndirilməsi, eyni zamanda, Olimpiya oyunları ilə bağlı təhlükəsizlik tədbirləri haqqında müzakirələr apardıq" - deyə Putin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti