...

11 ölkənin xarici işlər nazirləri "Suriyanın dostları" konfransında iştirak edəcəklər

Siyasət Materials 22 İyun 2013 02:02 (UTC +04:00)
11 ölkənin xarici işlər nazirləri şənbə günü Qətərin paytaxtı Doha şəhərində keçiriləcək "Suriyanın dostları" qrupunun konfransında iştirak edəcəklər.
11 ölkənin xarici işlər nazirləri "Suriyanın dostları" konfransında iştirak edəcəklər

Azərbaycan, Bakı, 22 iyun /Trend/

11 ölkənin xarici işlər nazirləri şənbə günü Qətərin paytaxtı Doha şəhərində keçiriləcək "Suriyanın dostları" qrupunun konfransında iştirak edəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qətər XİN xəbər yayıb.

O cümlədən, Dohaya ABŞ-ın dövlət katibi, Türkiyə, Britaniya, İtaliya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Misirin xarici işlər nazirlərinin gələcəyi gözlənilir.

Qətər nümayəndə heyətinə Baş nazir və xarici işlər naziri Şeyx Hamad bin Casim Al Tani rəhbərlik edəcək.

Konfransda iştirak etmək üçün müxalifətin Milli Koalisiyası, inqilabi güclər və "Azad Suriya Ordusu"nun nümayəndələri artıq Qətərə gəliblər.

Qətər tərəfinin məlumatına görə, konfransın məqsədi Suriya rejiminə beynəlxalq təzyiqin artırılması, həmçinin münaqişənin siyasi yolla qarşısının alınması yollarının axtarılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti