...

TÜRKPA baş katibi GUAM-ın beynəlxalq konfransında iştirak edəcək

Siyasət Materials 27 İyun 2013 10:17 (UTC +04:00)
TÜRKPA baş katibi Ramil Həsənov 26-28 iyun tarixində Batumidə keçirililəcək GUAM Parlament Assambleyasının və Baltik Assambleyasının birgə beynəlxalq konfransında iştirak edəcək.
TÜRKPA baş katibi GUAM-ın beynəlxalq konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 27 iyun / Trend, müxbir S.Əhmədova /

TÜRKPA baş katibi Ramil Həsənov 26-28 iyun tarixində Batumidə keçirililəcək GUAM Parlament Assambleyasının və Baltik Assambleyasının birgə beynəlxalq konfransında iştirak edəcək.

TÜRKPA-nın mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, GUAM və Baltik ölkələri "Regionlarda Təhlükəsizlik və İnkişaf tərəfdaşları" adı altında keçiriləcək konfransda mütəşəkkil cinayətkarlığa qarşı hüquq mühafizə orqanlarının hərtərəfli dinamik və səmərəli əməkdaşlığı, energetika sahəsində əməkdaşlıq, GUAM və BALTİK regionlarının inkişafı üçün birgə sərmayə qoyuluşu, qarşılıqlı siyasi əməkdaşlıq və Avro-Atlantik məkana inteqrasiya, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlıq perspektivləri kimi məsələləri müzakirə edəcəklər.

Konfransın açılış mərasimində TÜRKPA-nın baş katibi Ramil Həsənovun "Parlament diplomatiyası regional sabitlik üçün önəmli bir modeldir" mövzusunda xüsusi məruzə ilə çıxış etməsi planlaşdırılır.

Həmçinin TÜRKPA baş katibinin GUAM-ın baş katibi Valeri Çeçelaşvili və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti