...

Gürcüstanda prezident seçkiləri oktyabrın 31-də keçiriləcək (YENİLƏNİB)

Siyasət Materials 1 İyul 2013 23:33 (UTC +04:00)
Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də deyil, 31-də keçiriləcək.
Gürcüstanda prezident seçkiləri oktyabrın 31-də keçiriləcək (YENİLƏNİB)

İlk xəbər saat 18:35-də yayılıb

Gürcüstan, Tbilisi, 1 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də deyil, 31-də keçiriləcək.

Trend-in məlumatına görə, Gürcüstan Prezidenti Mixail Saakaşvili prezident seçkilərinin keçiriləcəyi vaxtı dəyişib.

Prezident Administrasiyasının rəhbəri Andro Barnov bildirib ki, əvvəlcə texniki səhvə yol verildi və dövlət başçısının mətbuat katibi Manana Mancqaladze prezident seçkilərinin yanlış olaraq oktyabrın 27-də keçiriləcəyini elan etdi.

Barnov bu səhvə görə üzr istəyib.

O, qeyd edib ki, Prezident artıq bununla bağlı müvafiq fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti